Texniki imkanlarımız » ADPRO.AZ


Haqqımızda Xidmətlər Texniki İmkanlarımız Məhsullarımız Layihələrimiz Vakansiya Əlaqə

Texniki imkanlarımız

Bizim müəssisəmizdə ən son texnolgiyalarla çalışan və dünyanın aparıcı - lider şirkətlərindən olan İtaliyanın SCM Group və Casati Woodworking Machines, Almaniyanın Homag GmbH, Turkiyənin Durmazlar Makina firmalarının istehsalı olan müxtəlif profilli müasir avadanlıqlar mövcuddur və bu avadanlıqlar qısa zaman kəsiyində materialların lazımi ölçülərdə millimetr dəqiqliyi ilə işlənməsini təmin edə bilər. Bunlara 0,8-8 mm qalınlığında olan metal lövhələri istənilən formada bükən Abkant avadanlığı, 0,8-6 mm qalınlıqda lövhələri kəsən Gilyotin tipli avadanlıq, löhvələrin künc kəsim makinası, lövhə və profillərin dairəvi büküm makinası, lövhələrdə müxtəlif ölçüdə və formada avtomatik və sürətli şəkildə kəsimlər edən Panç avadanlığı, həmçinin boru və metal lövhələrdə istənilən formada Plazma kəsim avadanlığı, taxta məmulatları üzərində müxtəlif incəlikləri edə bilən muasir avadanlıqlar və CNC makinası aiddir. Plazma ilə kəsim etmək imkanlarımıza dair xüsusi olaraq qeyd etmək istəyirik ki, qalınlığı 100 mm-ə qədər olan metalda müxtəlif formalarda modellərin kəsilməsi işlərini həyata keçirə bilirik. Gilyotin makinası isə qısa zaman kəsiyində məhsulun lazımı ölçülərlə kəsilməsini millimetr dəqiqliyi ilə təmin edə bilər. Abkant makinası isə şaquli sıxılma ilə əyilməni bütün növ ölçülərlə təmin edə bilər.
Texniki imkanlarımız yalnız bizdə olan ən müasir metal və taxta emalı cihazlarının imkanları ilə məhdudlaşmır, həmçinin mütəxəssislərimizin yüksək peşəkarlığı da mühüm amillərdən hesab olunur.
Fabrikamızda xüsusi qumlama kamerası və Hollandiyanın Airblast Surface Treatment Solutions firmasının istehsalı olan qumlama aparatı, həmçinin 7 metr uzunluğunda toz boya kamerası və 200 (oC) dərəcəyədək istidə emal olunan statik toz boya vurulması texnologiyası mövcuddur ki, bu da müştərilərimizə yüksək keyfiyyətli, rütubətə və açıq hava şəraitinə dözümlü boyalı və keyfiyyətli məhsul təklif etmək imkanını yaradır. Şirkətimizə olunmuş hər bir sifariş mütəxəsisslərimiz tərəfindən araşdırılır və təhlil olunaraq onların yerləşdiriləcəyi məkana uyğun emal olunmasına uyğun plan hazırlanır. Metal (dəmir) hissələri xüsusi kamerada qumlama prosesindən keçirildikdən sonra hər bir məhsulun və yerləşdiriləcəyi məkanın xüsusiyyətlərindən asılı olaraq elektrostatik toz boya və ya rütubətli mühitdə paslanmaya qarşı dözümlülüyə malik xüsusi boyalar ilə boyanır. Hazır məhsul sifarişçiyə yığılmış və yaxud yığılmamış formada bütün bərkidici elementlərlə birgə çatdırılır. Hazır məhsullar istifadəyə verilməmişdən öncə incəliklə bütün keyfiyyət yoxlamalarından keçir və etibarlılığı yoxlanılır. Bizim müəssisəmiz tərəfindən sifarişi icra etməmişdən öncə bütün parametrlər daxil olmaqla səlis layihə hazırlanır və sonra həmin layihəyə əsasən istehsalat prosesinə başlanılır.
dle


 

 

 

 

 

 

Adpro 2019 Haqqımızda Məhsullarımız
Made in Azerbaijan Xidmətlər Lahiyələrimiz
concept,creative,ideas Texniki imkanlarımız Əlaqə


copyright 2016-19 All rights reserve