Xidmətlər » ADPRO.AZ


Haqqımızda Xidmətlər Texniki İmkanlarımız Məhsullarımız Layihələrimiz Vakansiya Əlaqə

Xidmətlər

Şirkətimizin metal və taxta məmulatlarının istehsalı müəssisəsi Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşir. İstehsalat və çatdırılma imkanlarımız əməkdaşlığımızın sərhədlərini genişləndirir və istehsal olunan məhsulların regionun hər bir yerinə çatdırılmasını və quraşdırılmasını təmin edirik. Müəssisəmizin istehsalat və texnoloji imkanları bizə imkan verir ki, aşağıda göstərilən metal və taxta məmulatlarını ən yüksək keyfiyyətlə istehsal edək və müştərilərimizə çatdıraq:

• metal inşaat konstruksiyaları
• kreativ hasarlar və məhəccərlər
• müxtəlif çeşidli metal və taxta qapılar
• şkaflar
• stellajlar
• pilləkənlər
• taxtadan kreativ mebellər
• metal və taxtadan stollar və stullar
• bəzəklərin müxtəlif elementləri
• ev və açıq məkanda işıqlandırma elementləri
• kreativ işıq dirəkləri
• bağ- park fonarları və bollardlar


Biz bütün növ mürəkkəb işlərin həyata keçirilməsinə hazırıq. Bunun üçün istehsalat müəssisəmizin hər bir sahəsində mövcud olan yüksək peşəkarlığa malik mütəxəssislərimiz, müasir yüksək texnologiyalı avadanlıqlarımız və əməyimizin nəticəsinə olan məsuliyyətimiz mövcuddur. Şirkətimiz dünyanın inkişaf etmiş LED modul istehsalçılarının (OSRAM, ELT, Niteko və s.) məhsullarından istifadə etməklə bağ və parklar üçün kreativ işıqlandırma qurğuları və bollardların istehsalını həyata keçirir. Həmin işıqlandırma qurğularına növündən asılı olaraq 2 ildən 10 ilə qədər zəmanət verilir. Bundan əlavə şirkətimiz Avropanın küçə və böyük əraziləri üçün nəzərdə tutulan LED işıqlandırma qurğularının dizaynı və istehsalı üzrə ixtisaslaşmış aparıcı şirkətlərindən biri olan Niteko (www.niteko.com) şirkətinin Azərbaycanda rəsmi distribyutorudur. Nitekonun təsisçiləri dünyada ilk dəfə olaraq küçələrin yüksək gərginlikli işıq led modulları vasitəsilə işıqlandırılmasını təklif etmişlər. İstehsalat xətti tamamilə İtaliyada yerləşir.İnnovasiyalara edilən daimi investisiyalar və eksklüziv patentlər küçə və böyük ərazilərin işıqlandırılması üçün dizayn edilən güclü və dözümlü LED modulların istehsalına şərait yaradır. Niteko məhsullarının yüksək keyfiyyəti və etibarlılığı onun verdiyi ekskluziv zəmanət ilə təsdiq olunur (50.000 saat və ya 10 il). Peşəkarlıqla yerinə yetirilmiş işıqlanma hesabatı optimal işıq həllini təklif etməyə imkan verir ki, bu da komfortlu və təhlükəsiz mühitin yaradılmasına şərait yaradır. Göstərilən nəticələrin mümkünlüyü küçə, idman və memarlıq işıqlanma texnikası sahəsində ən çətin məqsədləri həll edə bilən və peşəkarlar ştatına mailk olan işıq texnikası layihələndirilməsi Departamentinin səyləri nəticəsində mümkün olur. Niteko işıqlanma vasitələri öz etibarlılığı ilə fərqlənir və stabil olmayan gərginlikdən qorunmaq üçün eksklüziv müdafiə texnologiyasına malik Advanced EOS Protection System və VOC FREE sistemini tətbiq etdiyi üçün qurğuların sıradan çıxmasına görə öz rəqibləri ilə müqayisədə ən aşağı faizə malikdir (ildə 0,2%-dən aşağı). Həmçinin, şirkətimiz bu gün taxta qurutma avadanlığı üzrə dünya bazarında liderlərdən biri olan SECAL (www.secalsrl.com) şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlamış və fabrikamızın ərazisində yüksək standartlara cavab verən qurutma avadanlığı quraşdırılmışdır. Bu isə bazara yüksək keyfiyyət normalarına cavab verən, avropa standartlarına uyğun məhsul təqdim etməyə imkan verəcəkdir. SECAL müxtəlif tipli qurutma, buxarlama və fitosanitar emal kameraları və s. kimi qurutma avadanlığı istehsalında ixtisaslaşan İtaliya şirkətidir.
1995-ci ildə Trevizo əyalətinin Resana şəhərində yaradılan şirkət, bu gün taxta qurutma avadanlığı üzrə dünya bazarında liderdir. Bü gün SECAL markası keyfiyyət sinonimi deməkdir- bü isə uzun illər ərzində daim texnoloji inkişafa nail olmaq, məhsullarının keyfiyyəti və innovasiyalılığı uğrunda daim araşdırmalar və yeniliklər etmək hesabınadır.
dle


 

 

 

 

 

 

Adpro 2019 Haqqımızda Məhsullarımız
Made in Azerbaijan Xidmətlər Lahiyələrimiz
concept,creative,ideas Texniki imkanlarımız Əlaqə


copyright 2016-19 All rights reserve